Dizayn
Prezident qızı bu malikanədə yaşayır - FOTOLAR
İvanka Tram əri Cared Kuşner və uşaqları ilə birlikdə çili milyarderin aylıq kirayəsi 15 min dollar olan malikanəsində yaşamağa başlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İvanka Trampın atası Amerika prezidenti seçildikdən sonra Vaşinqtona köçüb zənginlərin rayonu kimi tanınan Kaloromada məskunlaşıblar. Amerika prezidentinin baş müşaviri həyat yoldaşı ilə birlikdə çili milyarder malikanəsini ayda 15 min dollara icarəyə götürüb.
“Wall Street Journal” nəşri xəbər verir ki, bu evin sahibi federal hökuməti arasında şaxta qalmaqalı ilə tanınır. Barak Obama administrasiyası mübahisəli ekoloji vəziyyətə görə, təbii resursların hasilatı üzrə layihənin reallaşmasına maneçilik törədib, lakin çilili sahibkar biznes-planında irəliləyişlər edib. Belə ki, artıq prezident qızının ailəsi onun evində kirayə qalır.
Ağ evin nümayəndələri isə bildirib ki, mənzil icarəsi və mədən sənayesi münaqişəsi arasında əlaqə yoxdur.
Donald Trampın qızı məşhur Kaloroma rayonunun yeganə sakini deyil. Onunla yanaşı Barak və Mişel Obama, Amazon baş direktoru Ceff Bezos və dövlət katibi Reks Tillerson da həmin ərazidə yaşayır.
Yeri gəlmişkən, yerli sakinlər ötən ayın sonunda prezident qızının küçədə maşın parklanma yerlərinin böyük hissəsini tutduğu üçün və yolun kənarında zibil torbaları saxladığı üçün narazılıqlarını ifadə edib. Qonşular təhlükəsizlik xidmətinin çoxsaylı əməkdaşlarının Tramp ailə üzvlərini hər yerdə izləməsindən və piyada yolları zəbt etməsindən də narahatçılıqları dilə gətiriblər.
Aytən
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı