Dünya
PKK türk əsgərlərinə hücum edib
Türkiyənin Adıyaman vilayətində PKK terrorçuları türk
əsgərlərinə hücum edib.
Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada bildirilir ki,
terrorçularla jandarma qüvvələri arasında baş vermiş atışadan sonra
bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.
Bildirilir ki, atışma zamanı bir əsgər şəhid olub, ikisi isə
yaralanıb. Yaralıların son vəziyyəti barədə hələlik açıqlama
verilmir.
Əsgərlərlə PKK terrorçuları arasında atışmalar davam edərkən
əraziyə xüsusi təyinatlılar göndərilib.
Terrorçular döyüşə-döyüşə meşəyə çəkiliblər. Xüsusi təyinatlı
qüvvələr bölgədə əməliyyatları davam etdirirlər. Hələlik müşədə
terrorçuların sığındığı yerlər aşkar edilib. Burada çox sayda
silah-sursat tapılıb.
Son məlumatlara görə, Türkiyənin Kilis vilayətində isə İŞİD
terrorçu qruplaşmasının üzvü tutulub.
Ümumilikdə isə bu gün ərzində Suriyadan Türkiyəyə qeyri qanuni
yollarla keçməyə çalışan 652, Türkiyədən Suriyaya keçəyə çalışan 2,
İrandan Türkiyəyə keçən 9, Türkiyədən Yunanıstana qaçmaq istəyən
50, Bolqarıstandan Türkiyəyə gələn 3 nəfər saxlanılıb.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq