Avropalılar Rusiya ilə müharibəyə “yox” dedi
Bizi izləyin

Dünya

Avropalılar Rusiya ilə müharibəyə “yox” dedi

Polşalı politoloq Tomasz Jankovski NATO ölkələrinin Rusiyaya qarşı hərbi əməliyyatlara müsbət baxmadığını bildirib.

Axar.az xəbər verir ki, Sputnik-ə müsahibə verən mütəxəssis avropalıların Rusiyaya qarşı müharibə olarsa, milli təhlükəsizliklərinin qorunacağına inanmadıqlarını qeyd edib:

“Nəticə ortadadır. Bəzi Avropa dövlətlərinin apardığı kütləvi təbliğatlara baxmayaraq, Avropa vətəndaşlarının əksəriyyəti müharibəni rədd edir. Onlar Rusiya ilə müharibə olacağı təqdirdə milli təhlükəsizliyin qorunmayacağına əmindirlər”.

Faşizm və müharibəyə qarşı çıxan “Komitet Ukrainski” təşkilatına rəhbərlik edən Jankovski Avropa ölkələrində rusofobiyanın inkişaf etmədiyini xatırladıb:

“Avropalıların çoxu media tərəfindən həyata keçirilən rusofobiya kampaniyalarına güvənmir. Məsələn, Polşada 25 ildir ki, bu kampaniya aparılır. Lakin Avropada Rusiya əleyhinə radikal kampaniyalar hələ yeni başlayıb. Son 10 ildə biz buna şahid olmuşuq”.

Jankovski avropalıların beynəlxalq terrorizmlə mübarizədə Rusiya ilə əməkdaşlığa inandığını bildirib:

“Biz bunu Əfqanıstanda gördük. Əl Qaidəyə qarşı təşkil edilən əməliyyatlarda əməkdaşlıq edildi. Polşa və Baltik ölkələrində isə Rusiya əleyhdarlığı Avropanın digər ölkələri ilə müqayisədə həmişə güclü olub. Bu səbəbdən indi də Almaniya, Fransa və İtaliya kimi ölkələrin xalqları Rusiyaya qarşı döyüşmək istəmədiyi halda Polşa və Baltik ölkələri fərqli düşünür”.

Xatırladaq ki, ABŞ-ın “Pev” araşdırma mərkəzi NATO-ya üzv ölkələrin vətəndaşlarının əksəriyyətinin Rusiya ilə ehtimal olunan müharibəni istəmədiyini açıqlayıb.

Mərkəzin keçirdiyi sorğu nəticəsində məlum olub ki, almanların 58%-i, fransızların 53%-i, italyanların isə 51%-i, Rusiya ilə müharibəyə isti baxmır.

Yalnız ABŞ və Kanada vətəndaşlarının əksəriyyəti Rusiyaya qarşı müharibəni dəstəkləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm