Türkiyə PKK-nı hədəfə alır: genişmiqyaslı hərbi əməliyyat
Bizi izləyin

Dünya

Türkiyə PKK-nı hədəfə alır: genişmiqyaslı hərbi əməliyyat

Yaxın günlərdə Türkiyə hökuməti PKK-ya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Sabah” qəzeti xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, Türkiyə hökuməti PKK-ya son dəfə “Silahları buraxın” çağırışı edəcək: “Əgər çağırışa müsbət cavab verilməzsə, o zaman Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına qarşı təmizlik əməliyyatına başlayacaq”.

Qəzet iddia edir ki, bu məsələ Türkiyə Nazirlər Kabinetinin toplantısında da gündəmə gətiriləcək: “Hökumət indiyədək bu məsələ ilə bağlı HDP və PKK ilə çox danışıqlar aparıb, ancaq görünən odur ki, müsbət irəliləyiş əldə olunmayıb. İndi hökumətin bir çıxış yolu qalır ki, bu da PKK-nı təmizləməkdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm