TRT aparıcısı canlı yayımda ağladı – VİDEO
Bizi izləyin

Dünya

TRT aparıcısı canlı yayımda ağladı – VİDEO

Türkiyənin Muş vilayətinin Malazgird şəhərində PKK terror təşkilatının silahlı hücumuna məruz qalan jandarm rəisi Arslan Kulaksızın bədəni ilə ailəsini qoruduğu məlum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə jandarm rəisinin həyat yoldaşı Sibel Kulaksız danışıb.

“Şəhid mərtəbəsinə çatarkən bir də həyat yoldaşını qorudu. Balaların yetim qalmaması üçün məni yaşatdı”, -o, deyib.

Sibel Kulaksızın danışdıqlarını efirə verən TRT kanalının aparıcısı isə canlı efirdə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, iyulun 27-də jandarma rəisi ailəsi ilə birgə silahlı hücuma məruz qalıb. Hadisə axşam saatlarında şəhər qəbiristanlığı yaxınlığında baş verib. Hərbçi həyat yoldaşı və qızı ilə birlikdə evə qayıdırdı. Arslan Kulaksız iki naməlum şəxs tərəfindən güllələnib. O hadisə nəticəsində həlak olub, qızı isə ağır yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm