Dünya
Türkiyədə kütləvi etiraz aksiyaları başlayır
Türkiyədə 9 ay bundan əvvəl Gezi Parkı etirazları zamanı başından yara almış 15 yaşlı yeniyetmə İstanbul xəstəxanasında vəfat edib.Publika.Az BBC-yə istinadən xəbər verir ki,ötən ilin iyun yayında Gezi Parkı ilə bağlı hadisələr zamanı polisin atəş açdığı gözyaşardıcı qaz kanistri yeniyetmənin kəllə nahiyyəsinə dəyərək, Berkin Elvanın komaya düşməsinə səbəb olmuşdu.
Berkin Elvanın ölümü ötən ilin iyun ayında İstanbulun Gezi Parkında başlamış və bütün Türkiyəyə yayılmış etirazlar nəticəsində ölənlərin sayını 8 nəfərə çatdırıb.
Yeniyetmənin ölüm xəbəri Tvitter və digər sosial şəbəkələr vasitəsilə yayıldıqdan sonra xəstəxana qarşısına Berkin Elvanın xatirəsini yad edənlər toplaşıb.Bundan sonra xəstəxana qarşısına polis qüvvələri gələrək kütləni dağıtmağa cəhd edib.
Etirazçılar polisin zirehli avtomobilinə hücum çəkiblər.
Berkin Elvanın keçən ilki hadisələrdə yaralanması etirazçıların qəzəbinə səbəb olmuşdu.
Polislə etirazçılar arasında toqquşma baş verib, polis bibər qazından istifadə edib, öz növbəsində etirazçılar polisin zirehli avtomobilinə hücum ediblər.
Ölən oğlanın ailəsi onun 269 gün ərzində koma vəzyyətində qaldığını bildirib.
İstanbulun kənarındakı Okmeydanda polisin atəş açdığı qaz kanistrindən zədə alarkən Berkin Elvanın 14 yaşı olub.Gezi Parkı etirazı ilə bağlı ötən il baş vermiş hadisələr zamanı minlərlə insanın yaralandığı bildirilir.
Həmin hadisələrilə bağlı ölən 8 nəfərdən 1 nəfəri polis əməkdaşıdır.Vəfat etmiş yeniyetmənin dəfn mərasimi çərşənbə gününə təyin olunub.
Bu arada İstanbul və Ankarada etiraz aksiyalarının keçəcəyi gözlənilirdir.
Ankarada Bəkir Əlvanın ölümünə etiraz olaraq aksiyalar keçirilir.Trend-in "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, minlərlə etirazçı hazırda Orta Doğu Texniki Universitetinin qarşısına toplaşır.
Hadisə yerinə çoxlu sayda polis cəlb edilib.Qeyd edək ki, B.Əlvan polisin açdığı atəş nəticəsində başından yaralanmışdı.
Ömər
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO