ABŞ F-16-ları İncirliyə yerləşdirdi
Bizi izləyin

Dünya

ABŞ F-16-ları İncirliyə yerləşdirdi

İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparmaq üçün Türkiyədəki hərbi hava bazasında ABŞ-ın F-16 hərbi təyyarələri yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı missiyası bildirib.

İncirlikdən açıqlanan bəyanatda deyilir ki, 6 ədəd F-16 təyyərəsi İtaliyanın Aviono hərbi bazasını tərk edərək 300 personalla birlikdə Türkiyəyə gəlib.

Keçən ay Ankara İŞİD-lə mübarizədə İncirlik Hərbi Hava bazasından istifadəyə icazə verib və özü İŞİD və PKK terrorçularına qarşı hava hücumu kampaniyasına başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm