PKK Türkiyə helikopterini vurdu: 4 ölü
Bizi izləyin

Dünya

PKK Türkiyə helikopterini vurdu: 4 ölü

PKK terror təşkilatı Şırnak vilayətinin Beytüşşebap mahalında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Skorsky” helikopterinə minaatanla atəş açıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, atəş nəticəsində ilkin məlumatlara görə, iki əsgər yaralanıb.

Şırnak hospitalına aparılan yaralı əsgərlərdən biri dünyasını dəyişib. Digər yaralının vəziyyətinin ağır olduğu bildirilir. Bəzi mənbələr isə 4 nəfərin öldüyüni bildirir.

Hücumdan sonra bölgədə hava güclərinin dəstəyi ilə əməliyyat başlayıb. “Kobra” tipli vertolyotların PKK-nın mövqelərinə aviazərbələr endirdiyi xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm