İŞİD Türkiyədə otelə hücum etdi - VİDEO
Bizi izləyin

Dünya

İŞİD Türkiyədə otelə hücum etdi - VİDEO

İŞİD terror təşkilatının “üzvləri” Mərmərə dənizinin sahilində yerləşən otellərdən birinin hovuzunda turistləri qorxudub.

Publika.az xəbər verir ki, İŞİD üzvləri kimi geyinən və silahlanan otel işçilərinin bir anda hovuzun ətrafında dincələn turistlərin yanında peyda olması onlar arasında çaxnaşma yaradıb.

Oteldə baş verən bu hadiə İngiltərə mediası tərəfindən sərt şəkildə tənqid olunub. “The Sun” qəzeti “Otel işçilərindən ingilislərə iyrənc İŞİD hücumu” başlıqlı yazısında turistlərin xeyli qorxduğunu yazıb.

İngilis nəşri hadisənin İŞİD-in Tunisdəki bir otelin çimərliyinə hücumundan altı həftə sonra baş verdiyini xatırladıb.

Otel səlahiyyətliləri isə animasiya fəaliyyəti ilə bağlı xəbərin şişirdildiyini və ümumilikdə Türkiyə turizminin hədəf alındığını bildiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm