Moskva Ukraynaya hücum etməyəcək – SƏBƏB
Bizi izləyin

Dünya

Moskva Ukraynaya hücum etməyəcək – SƏBƏB

Ukraynanın İnformasiya Siyasəti Nazirliyinin (İSN) əməkdaşları Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücuma keçməyəcəyi qənaətinə gəliblər.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə İSN-in “Facebook”dakı səhifəsində bildirilir.

Nazirliyin əməkdaşları özlərinin apardığı monitorinq və Rusiya təbliğatının analizindən sonra belə bir qənaətə gəliblər: “Təcrübə göstərir ki, Kremlin bütün ciddi planları güclü təbliğat işindən başlayır. Sirr deyil ki, Rusiya muzdluları müstəqil hərəkət etməyə qadir deyillər, çünki yeni ərazilərin tutulması bundan əvvəllər də Kremldə aydın şəkildə planlaşdırılıb və Rusiyanın nizami ordusunun bölmələri tərəfindən həyata keçirilib. Hər belə hücumdan əvvəl Rusiya müəyyən informasiya bazasını yaradırdı”.

Son ay ərzində Rusiya təbliğatının əsas istiqamətlərini təhlil edən İSN-in əməkdaşları belə nəticəyə gəliblər ki, Moskvanın ritorikası tamamilə dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm