Kılıcdaroğlu Ərdoğana qarşı: Obama variantı
Bizi izləyin

Dünya

Kılıcdaroğlu Ərdoğana qarşı: Obama variantı

Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) növbədənkənar seçkilərə ABŞ prezidenti Barak Obamanın qrupu ilə gedir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 7 iyun seçkilərində "Benenson Strategy Group" şirkəti ilə çalışan CHP növbədənkənar seçkilərdə də eyni qrupla çalışacaq.

"Benenson Strategy Group"un Barak Obamaya iki dəfə prezident seçkilərini qazandırdığı bildirilir.

Şirkət daha əvvəllər Bill Klintona məsləhətçilik edib. Klinton 1992-ci il prezident seçkilərində ata Corc Buşa qalib gələndə "Benenson Strategy Group" hələ qurulmamışdı, amma qurucusu Joel Benenson seçki kampaniyası müddətində onun yanında olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm