Türkmənbaşı naziri işdən qovdu
Bizi izləyin

Dünya

Türkmənbaşı naziri işdən qovdu

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov enerji nazirini işdən çıxarıb.

Publika.az xəbər verir ki, nazir Geldi Saryev işindəki çatışmazlıqlara görə vəzifəsindən azad olunub. O, 2014-cü ilin yanvarından nazir idi.

"Siz 1 ildən çoxdur ki, nazir idiniz və Sizə pis işləməyinizlə bağlı 3 dəfə xəbərdarlıq olunub", - Prezident naziri işindən azad edərkən bildirib

Prezidentin sözlərinə görə, ölkədə tez-tez işıqlar kəsilirdi və bununla bağlı çoxlu şikayət olurdu. Qeydiyyatsız işıq istifadəçiləri, elektrik enerjisindən qanunsuz istifadə halları artıbmış. Bununla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm