PKK təşviş içində: Kipri azad edən komandalar döyüşə qatılır
Bizi izləyin

Dünya

PKK təşviş içində: Kipri azad edən komandalar döyüşə qatılır

Döyüş bayrağında iki qızıl medal olan I Komando Briqadasının hərbçiləri PKK terror təşkilatının fəallaşdığı ölkənin cənubi-şərq vilayətlərinə göndərilir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kayseri I Komando Briqadasının komandiri general Aydoğan Aydının rəhbərliyi altındakı komandolar bölgənin təhlükəsizliyini təmin edəcək.

Kayseri I Komando Briqadası ölkənin cənubi-şərq vilayətlərinə bundan 3 il əvvəl də göndərilmişdi.

Bu briqada 1974-cü ildə Kiprə paraşütlə enərək Kipr Sülh Hərəkatına başlayıb. Briqadanın Kipr hərəkatında 341 şəhid və 3906 qazisi var. Quru Qüvvələrinin istifadə etdiyi ən müasir silah və sursatlar ilk dəfə bu briqadanın arsenalına verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm