Rusiyada məmurlara daha bir qadağa
Bizi izləyin

Dünya

Rusiyada məmurlara daha bir qadağa

Rusiyada dövlət məmurlarına “Google”, WhatsApp”, Yahoo” və digər bu kimi xidmətlərdən istifadəyə qadağa qoyula bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu təkliflə Rusiya Dövlət Dumasının üzvü İlya Kostunov çıxış edib. O, bildirib ki, bununla bağlı qanunda dəyişiklik edilməlidir.

İ. Kostunovun sözlərinə görə, bununla bağlı qadağalar kəskin olmalı – cərimədən işdən qovulmaya qədər gedib çıxmalıdır.

Qeyd edək ki, rus parlamentari bu təklifini hökumət orqanlarının informasiya sistemlərinə olan hücumlarla əlaqələndirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm