Almaniya-PKK əməkdaşlığı ifşa olundu: Qəndildə 7 alman agenti öldü
Bizi izləyin

Dünya

Almaniya-PKK əməkdaşlığı ifşa olundu: Qəndildə 7 alman agenti öldü

Türkiyə Silahlı Qüvvələrinin Qəndili bombalaması PKK terror təşkilatı ilə Almaniyanın əməkdaşlığını ifşa olunub.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Almaniya kəşfiyyat xidmətinin (BND) agenti bombardman nəticəsində ölən PKK terrorçularının arasından çıxıb.

PKK terrorçularına təlim keçmək üçün Qəndilə göndərilən 7 alman agentindən biri türk qırıcılarının bombardmanı nəticəsində ölüb. Təşkilatda “Dilsoz Bahar” kod adı ilə tanınan agentin cənazəsini məmləkəti Karlsruhe şəhərinə Türkiyə üzərindən göndərmək istəyən alman səlahiyyətliləri Ankaradan rədd cavabı alıb. Almaniya gizli xidməti Türkiyə marşrutundan ümidini itirdikdən sonra, cənazəni Ərbildən təyyarə ilə Avstriyanın paytaxtı Vyanaya, oradan da Almaniyanın Karlsruhe şəhərinə göndərib. Ölən alman agentinin bu ilin may ayında PYD döyüşçülərinə təlim vermək üçün Suriyanın Qamışlı şəhərinə göndərildiyi, burada 2 ay qaldıqdan sonra Qəndilə gedərək PKK terrorçularına təlim verdiyi deyilir.

İŞİD-lə mübarizə çəriçivəsində İraqın kürd bölgəsinə ağır silahların PKK-nın əlinə keçdiyi bildirilir. Almaniya bu silahların PKK-ya necə keçdiyinə dair sualları cavabsız qoyur. Məlumata görə, PKK-nın Kandildəki düşərgələrində yerləşdirilən bu silahların əksəriyyəti Türkiyə Silahlı Qüvvələrinin bombardmanları ilə məhv edilib.

İddiaya görə, Almaniyanın PKK-ya verdiyi silahların Türkiyə ilə sərhəd xəttindəki düşərgələrdə saxlanılmasının əsas səbəbi şəhər döyüşləri başlayacağı halda bu silahların Şırnak və Hakkari vilayətlərinə tez çatdırılmasını təmin etməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm