Bir neçə gündür Çinin 9 şəhəri tüstüdən əziyyət çəkir
Bizi izləyin

Dünya

Bir neçə gündür Çinin 9 şəhəri tüstüdən əziyyət çəkir

Bir neçə gündür Çinin 9 şəhəri tüstüdən əziyyət çəkir

Çin Respublikasının 9 şəhəri 2013-cü ildə Pekində yaşanmış çirklənmə nəticəsində yaranmış tüstüdən çox əziyyət çəkir. Ən acınacaqlı vəziyyət isə Pekindən cənub-qərbdə yerləşən 7 milyonluq əhalisi olan Sintay şəhərində müşahidə olunur. 129 gün davam edən çirklənmə “qeyri-sağlam hava” kimi qiymətləndirilərək artıq kritik həddə çatıb.

Pekində 60 gün davam edən çirkli havanın qarşısının alınması üçün açıq havada kabab çəkilir və hər il Yeni İldə istifadə olunan atəşfəşanlıq göstərilir.

Çirklənmədən əziyyət çəkən digər şəhərlər isə kömür mədənlərinin və o cümlədən də, kömürlə işləyən polad və sement sənayesinin cəmləşdiyi ərazilərdir. Oktyabr ayında isə Pekinin şimal-şərqində yerləşən Harbin şəhərində güclü tüstü məktəblərin və hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub.

Pekin və onun ətrafında yerləşən şəhərlərdə müşahidə olunan çirklənmənin kömür istehsalı, maşın və sənaye həmçinin də, soyuq havanın tüstünü sıxması nəticəsində baş verməsi də səbəb olur.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm