4 polisin şəhid olması xəbəri təkzib olundu – YENİLƏNİB
Bizi izləyin

Dünya

4 polisin şəhid olması xəbəri təkzib olundu – YENİLƏNİB

Türkiyənin İğdır vilayətindən sonra gün ərzində ikinci qara xəbər Şırnak vilayətindən gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, vilayətin Cizre mahalında xüsusi hərəkat polislərinin olduğu avtomobil keçərkən PKK terror təşkilatı yola yerləşdirdiyi minanı partladıb.

Partlayış nəticəsində 4 polis şəhid olub.

Qeyd edək ki, bu gün səhər saatlarında İğdır vilayətində yola yerləşdirilən minanın partladılması nəticəsində 14 polis həyatını itirib.

Tuncelidə isə terrorçular 55 yaşlı polis Qədri Özqaranın maşınını atəşə tutublar. Nəticədə Özqara ölüb, ailə üzvləri isə ağır yaralanıb.

Şırnak valiliyi isə 3 polisin şəhid olduğu barədə yayılan informasiyaları təkzib edib. Valilikdən yayılan açıqlamaya görə, 3 polisin şəhid olduğu barədə xəbərlər reallığı əks etdirmir.

Partlayış nəticəsində 4 yaralının olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm