Həsən Ruhani Vladimir Putinlə Ukraynanı müzakirə edib
Bizi izləyin

Dünya

Həsən Ruhani Vladimir Putinlə Ukraynanı müzakirə edib

Rusiya prezidenti Vladimir Putin və İran rəhbəri Həsən Ruhani telefon danışığında İranın nüvə proqramı üzrə fikir mübadiləsi aparıblar, Rusiya lideri "altılıqla" danışıqlarda Tehranın yanaşmasını müsbət qiymətləndirib.

Söhbət zamanı ikitərəfli və beynəlxalq gündəlikdə olan aktual məsələlər müzakirə olunub. Belə ki, Putin və Ruhani ümumi layihələrinardıcıl reallaşdırılmasını əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı istəklərini təsdiqləyiblər.

"Fikir mübadiləsi zamanı Vladimir Putin İranın nüvə proqramına dair "altılıqla" danışıqlarda Tehranın konstruktiv yanaşmasını müsbət qiymətləndirib", - mətbuat xidmətinin məlumatında deyilir.

Bundan başqa, dövlət başçıları beynəlxalq və regional məsələlər üzrə, o cümlədən növbəti Xəzər sammitinin hazırlanması ilə bağlı fəal dialoqu davam etdirmək razılığına gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm