Nazirlər Ukrayna ilə bağlı razılığa gəldi
Bizi izləyin

Dünya

Nazirlər Ukrayna ilə bağlı razılığa gəldi

Ukraynanın şərqindəki münaqişə ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib.

Publika.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Frank-Walter Steinmeier Berlində rusiyalı, ukraynalı və fransalı həmkarları ilə görüşündən sonra verdiyi açıqlamasında bildirib.

Steinmeier deyib ki, bütün tərəflər atəşkəsin qorunmasına ehtiyac olduğunu təsdiq edib. "Münaqişə tərəfləri indi cəbhə bölgəsindən ağır döyüş silahlarının çıxarılması ilə bağlı razılaşmaya çox yaxındır" - almaniyalı nazir əlavə edib.

O həmçinin bildirib ki, oktyabr ayında Ukraynanın şərqində yerli seçkilərin keçirilməsi üçün hüquqi zəmində də bəzi irəliləyiş əldə edilib.

Ukraynada 25 oktyabrda seçkilərin keçirilməsi planlaşdırılır. Luhansk və Donetsk bölgələrində isə üsyançılar 18 oktyabr və 1 noyabr tarixlərində öz seçkilərini keçirəcəklərini bildiriblər.

Rusiya xarici işlər naziri Sergey Lavrov da sövdələşmənin 90 faiz hazır olduğunu deyib. "Lakin bir sıra ziddiyyətlər mövcuddur”, - Lavrov vurğulayıb.

Xarici işlər nazirlərinin növbəti görüşü oktyabrın 2-də Parisdə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm