İYRƏNC, İYRƏNC, İYRƏNC!!! “Şarli Hebdo”dan 3 yaşlı Aylan karikaturası – FOTOLAR
Bizi izləyin

Dünya

İYRƏNC, İYRƏNC, İYRƏNC!!! “Şarli Hebdo”dan 3 yaşlı Aylan karikaturası – FOTOLAR

Məhəmməd peyğəmbəri karikaturaları ilə mütəmadi təhqir edən Fransanın satirik jurnalı “Charlie Hebdo” növbəti dəfə qəzəb doğuracaq addım atıb.

Publika.az xəbər verir ki, jurnal bu ayın əvvəlində faciəli şəkildə ölən Aylan Kurdini karikaturası ilə hədəfə çevirib.

“Charlie Hebdo” jurnalının son nömrəsinin üz qabığında Avropaya getmək istəyən, amma Aralıq dənizində batan və dalğaların sahilə çıxardığı Aylanın görüntüsünə yer verib. “Hədəfinə çox yaxındır” başlığı ilə dərc olunan karikaturada Aylanın cəsədinin yanında “İki uşaq menyusu al, birini ödə” ifadəsi yazılıb.

Jurnaldakı bir başqa karikaturada isə Aylanın yanında su üzərində dayanan və İsa peyğəmbər şəklində təsvir edilən xarakter “xristianlar suda gəzər, müsəlman uşaqlar isə batar” deyir.

Xatırladaq ki, 3 yaşlı Aylan ailəsi ilə birlikdə Suriyadan İŞİD təhlükəsinə görə qaçaraq Türkiyəyə gəlib. Türkiyədən Avropaya getmək isə onlara nəsib olmayıb. Onların olduğu qayıq çevrilib və məlum faciə baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm