Vaşintondan Kubaya növbəti jest
Bizi izləyin

Dünya

Vaşintondan Kubaya növbəti jest

ABŞ Kubaya qarşı tətbiq etdiyi bir sıra iqtisadi sanksiyaları ləğv edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, sanksiyaların ləğvi ilə Kubada işləmək istəyən Amerika şirkətlərinin yolunu açılır.

Yeni qaydalara əsasən, Amerika şirkətləri Kubada bu ölkənin şirkətləri ilə birlikdə törəmə telekommunikasiya müəssisələrini aça biləcək. Bundan başqa, ABŞ vətəndaşlarının Kubaya səfərləri asanlaşdırılır. ABŞ-ın ticarət embarqosunun zəifləməsi Kuba-ABŞ münasibətlərinin istiləşməsi fonunda növbəti addım kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ hakimiyyəti Kuba ilə ticarət əməkdaşlığı sahəsində məhdudiyyətlərin yumşalmasına xidmət edəcək yeni reqlament hazırlayıb. Yeni reqlament Amerika şirkətlərinə Kubada şöbələrini açmağa imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm