Putindən ABŞ-a ittiham: "Siz devirdiniz"
Bizi izləyin

Dünya

Putindən ABŞ-a ittiham: "Siz devirdiniz"

Rusiya prezidenti Vladimir Putin ABŞ-ı Ukraynanın qanuni prezidenti Viktor Yanukoviçin devrilməsində iştirak etməkdə ittiham edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin amerikalı jurnalist Çarl Rouza müsahibəsində keçmiş SSRİ respublikaları da daxil olmaqla xarici ölkələrin daxili siyasət məsələlərinin həllinə belə yanaşmanı tamamilə qəbuledilməz adlandırıb.

“Birləşmiş Ştatlar prezident Yanukoviçə qarşı çıxanları dəstəklədiyini gizlətmirdi”, - o söyləyib.

Rusiya prezidentinin sözlərinə görə, Moskva Yanukoviçi devirən insanların kimlərlə işlədiyini, onların necə dəstəkləndiyini, Yanukoviçə qarşı çıxan insanlara nə qədər ödənildiyini, onların necə hazırlandığını, təlimatçıların kimlər olduğunu və hansı ölkələrin ərazisində işlədiklərini yaxşı bilir. Putin Ukraynanın müstəqilliyinə hörmət etdiyini də əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm