Kerridən şok hədə: “Rusiya cihadçıların hədəfi olacaq”
Bizi izləyin

Dünya

Kerridən şok hədə: “Rusiya cihadçıların hədəfi olacaq”

Birləşmiş Ştatlar Suriya prezidenti Bəşər Əsədin təcili istefası tələbindən imtina edir və bu ölkədə hakimiyyətin ötürülməsində təkid edir.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Con Kerri CNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Əsədin təcili istefası iflasa və Suriyanın vətəndaş institutlarının tamamilə dağıdılmasına gətirib çıxara bilər. Dövlət katibi bildirib ki, növbəti hakimiyyətə keçid idarə olunan, qisas və həyat üçün qorxuların olmadığı bir keçid olmalıdır. Kerri etiraf edib ki, Suriyada hakimiyyət dəyişikliyi ilə bağlı ABŞ-ın əvvəlki yanaşması işləməyib.

Kerri qeyd edib ki, sünnilər ölkənin siyasi həyatına cəlb edilmədən Suriya münaqişəsini həll etmək mümkün deyil.

O həmçinin vurğulayıb ki, Moskva Əsədin şiə hökumətini dəstəkləməkdə davam edərsə, Rusiyanı əhalinin əksəriyyətini sünnilər təşkil edən Yaxın Şərq ölkələri ilə problemlər gözləyir. “Rusiya həmçinin cihadçılar üçün hədəf ola bilər”, - dövlət katibi xəbərdarlıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm