İsrail əsgərləri daha iki fələstinlini öldürüb
Bizi izləyin

Dünya

İsrail əsgərləri daha iki fələstinlini öldürüb

İsrail təhlükəsizlik qüvvələri ötən gün Şərqi Qüdsdə daha iki fələstinlini güllə ilə vuraraq öldürüb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail polisi ölənlərdən birinin bir neçə gün əvvəl iki israilliyə bıçaq zərbələri endirmiş şübhəli olub.

Polisin məlumatında deyilir ki, iki ultra-pravoslav yəhudi kişi Qüdsün hasarlanmış Qədim Şəhərində 16 yaşlı fələstinli tərəfindən bıçaq hücumuna məruz qalıb. Bundan əvvəl yarı-hərbi polis fələstinlilərin Şuafat qaçqın düşərgəsində gecəyarı silahlı qarşıdurma zamanı bir yaraqlını öldürmüşdü.

Qəzza Zolağına nəzarət edən Həmasın açıqladığı bəyanatda deyilir ki, Şuafatda ölən şəxs qrupun üzvü olub. “Qəhrəman şəhid israilli işğalçılarla onların başa düşdüyü dildə danışıb” – deyə Həmasın bəyanatında deyilir.

Son 11 gündür İsrailin nəzarətində olan İordan çayının Qərb Sahili, Qəzza və İsrail şəhərlərində artan gərginlik nəticəsində 4 israilli və 17 fələstinli həlak olub.

Son hücumlardan biri dünən, Tel-Əvivdəki Baş Hərbi Qərargahı yaxınlığında baş verib. Hadisə zamanı biri əsgər olmaqla, 4 israilli bıçaqlanıb. Hücumda şübhəli bilinən fələstinli İsrail polisi tərəfindən güllə ilə vurularaq öldürülüb.

Çərşənbə günü isə Qüdsün Köhnə Şəhərində fələstinli bir qadın israilli bir kişini bıçaqlayıb. Daha sonra həmin kişi qadını silahla vuraraq yaralayıb.

Hücum İsrail Köhnə Şəhərdə fələstinlilərə qarşı tətbiq olunan bəzi sərt təhlükəsizlik tədbirlərini aradan qaldırandan sonra baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm