Dünya
Saakaşvili böyük danışdı: "Kütləvi qırğınların qarşısını ala bilərəm" - VİDEO
Mən Ukraynada kütləvi oğurluğun qarşısını ala bilərəm.
Axar.az xəbər verir ki, bu sözləri Odessa qubernatoru Mixail Saakaşvili öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, Ukrayna mafiyası heç bir halda ona korrupsiyanın kökünü kəsməyə mane ola bilməz:
“Krıjankovka Ukrayna sahillərində ən bahalı torpaqların olduğu kənddir. Bu torpaqları yerli kənd şurası paylayır və sözsüz ki, elə kənd şurasının özündə də yerlər çox bahadır. Aydın oldu ki, burada torpaqların çoxu kənd şurası rəhbərinin ailə üzvlərinə ayrılıb. Biz qərara aldıq ki, bu özbaşınalıqla qurtarmaq lazımdır. Bu kəndə gələndə həmin kənd şurasının üzvü olan insanlar bizi əllərində plakatlarla qarşıladılar. Mən bütün insanların fikrinə qulaq asıram, amma bu mafiya mənim səsimi kəsə bilməz. Ümid edirəm ki, prokurorluq korrupsiyada günahkar olan məmurları tapıb, məsuliyyətə cəlb edəcək. Bu situasiya bütün Ukraynada təkrarlanır. Namizədlər kütləvi şəkildə vilayət və şəhər şuralarına gələrək buraları qarət edirlər. Biz Odessada korrupsiyaya qarşı hücuma başlamışıq və bu kampaniyanı sona çatdıracağıq”.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan