Türkiyədən Rusiya və ABŞ-a: “Olduğu yerdə məhv edərik”
Bizi izləyin

Dünya

Türkiyədən Rusiya və ABŞ-a: “Olduğu yerdə məhv edərik”

“PYD və PKK ayrı-seçkiliyinin artıq mənası qalmayıb. Türkiyəyə qarşı hansısa bir hərəkət etsələr, İŞİD VƏ PKK kimi onları da vurarıq”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri baş nazir Əhməd Davudoğlu qəzetlərin Ankara nümayəndələri ilə görüşündə deyib.

“PYD və PKK-nı 5-6 ay əvvəl bir-birindən ayırmaq, bəlkə də, bir anlam daşıya bilərdi, amma bu ayrı-seçkiliyin artıq bir mənası qalmayıb. Kim olursa olsun, PKK və PYD-yə silah və sursat yardımı etsə, Şimali İraqda etdiklərimizi Suriyada da edərik”, - baş nazir söyləyib.

Əhməd Davudoğlu qeyd edib ki, ABŞ ilə lazımı diplomatik təmas qurulacaq və PYD-yə edilən yardımın Ankara tərəfindən qəbuledilməz olduğu bildiriləcək: “Amerika Mosulda İraq ordusuna ən müasir silahlarını verdi. İraq ordusu çəkildi, silahlar İŞİD-ə qaldı. Hazırda PYD-yə verilən yardımın PKK-ya getməyəcəyinə dair heç kim bizə inandırıcı səbəb söyləyə bilməz. Həmin silahların Türkiyəyə qarşı istifadə edildiyini müəyyənləşdirsək, silahları olduğu yerdə məhv ediləcək. Bunu həm ABŞ-a, həm də Rusiyaya bildirdik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm