• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiyadan ŞOK addım: pedofillər axtalana bilər

  • Dünya
  • 21 Oktyabr 2015 07:54
  • 974 Baxış
Rusiyadan ŞOK addım: pedofillər axtalana bilər

Rusiya Dövlət Dumasına uşaqbazlığa görə kimyəvi axtalanma cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunub.

Publika.az xəbər verir ki, yeni qanun layihəsinin müəllifi, deputat Anton Belyakov həddi-büluğa çatmayanlara qarşı seksual zəmində cinayətlərin sayının artmasına görə bu sahədə qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac olduğunu hesab edir.

Qanun layihəsinə əsasən, həddi-büluğa çatmamış şəxsə qarşı seksual zəmində ağır cinayət törətmiş pedofil məhkəmənin qərarı ilə məcburi qaydada kimyəvi üsulla axtalanacaq, ağır sayılmayan cinayətə görə isə məhkəmə qərarı həkim-psixiatrların rəyi əsasında çıxarılacaq.

Kimyəvi axtalanma (kastrasiya) proseduru seksual meyli heçə endirən hormonal tibbi preparatların orqanizmə yeridilməsi yolu ilə həyata keçirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR