Dünya
Rusiyanın İŞİD yalanı ortaya çıxdı: qırıcılar kimi vurur?
Rusiyanın Suriyada vurduğu obyektlərin təxminən 80 faizi İŞİD terror təşkilatının nəzarətində olmayan bölgələrdə yerləşir.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin açıqladığı məlumatlara istinadən “Reuters” agentliyi yazıb.
“Bu statistika Moskvanın iddialarının tamamilə əsassız olduğunu göstərir. Moskva onun Suriyada həyata keçirdiyi əməliyyatların əsas hədəfinin İŞİD terror qruplaşması olduğunu bildirir”, - jurnalist Cek Stabbs qeyd edib.
Analizə əsasən, aviqazərbələrin əsas hissəsi Bəşər Əsədə qarşı olan digər qruplaşmaların nəzarət etdiyi bölgələrə endirilib. Bildirilir ki, onların arasında Vaşinqton və onun müttəfiqlərinin dəstəklədiyi Suriyanın mülayim müxalifəti də var.
Rusiya Müdafiə Nazirliyinin hərbi xəritələr üzrə onlayn-arxivindən görünür ki, Rusiya əməliyyatın başlanmasından bu yana Suriyada 64 yaşayış məntəqəsini vurub. Bu yaşayış məntəqələrindən yalnız 15-i İŞİD-in nəzarətindədir. Analizdə qeyd edilir ki, bu məlumatlar ABŞ və onun müttəfiqlərini Rusiyanın əməliyyatları ilə bağlı fikrlərini təsdiqləyir. ABŞ və onun müttəfiqləri hesab edir ki, Rusiya Suriyada məhz Əsədin hakimiyyətini qorumaq üçün əməliyyatlara başlayıb.
Rusiya isə bu iddiaları qəti şəkildə rədd edir.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR