Türk qırıcıları İŞİD-in mövqelərini bombaladı
Bizi izləyin

Dünya

Türk qırıcıları İŞİD-in mövqelərini bombaladı

Türkiyə qırıcıları İŞİD-ə qarşı yaradılan koalisiya çərçivəsində Suriyada terror təşkilatının mövqelərini bombalayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 6 F16 qırıcısı Türkiyə sərhədinin sıfır nöqtəsində yerləşən Harcele kəndindəki İŞİD-in mövqelərini vurub.

Kənd cari ilin avqust ayının sonunda İŞİD tərəfindən ələ keçirilmişdi. Uzun zamandır bölgədə döyüşlərini davam etdirən İŞİD-in növbəti hədəfinin Tel-Rifat və Azez qəsəbələrinin olduğu bildirilir.

Türk qırıcılarının İŞİD-in vurmasından sonra 600 nəfərlik türkmən birlikləri quru əməliyyatına başlayıb. Son 1,5 ay ərzində Türkiyə və ABŞ təyyarələrinin reallaşdırdığı 25 hava əməliyyatı nəticəsində türkmənlərin mövqeləri qorunub və İŞİD-in irəliləyişi dayandırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm