AKP-ni bitirəcək kaset yayıldı - VİDEO
Bizi izləyin

Dünya

AKP-ni bitirəcək kaset yayıldı - VİDEO

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana aid edildiyi bildirilən səs yazısı yayılıb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana aid edildiyi bildirilən səs yazısı yayılıb.

“Axar.az” türk mediasına istinadən xəbər verir ki, vəd edilən və martın 25-də yayılacağı barədə anonsu verilən səs yazısında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın 1 milyard dollar nağd pulundan danışılır.

Səs yazısında Ərdoğana aid edilən səsin pulları diqqət çəkmədən başqa yerə aparması ilə bağlı müzakirələr apardığı eşidilir.

Xatırladaq ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləridir və vəd edilən bu yazının Ərdoğanın rəhbərlik etdiyi AKP-nin seçkiləri qazanma şansına ağır zərbə vuracağı barədə şərhlər verilirdi.

AKP-yə aid daha bir gizli kasetin yayılacağı barədə də sosial şəbəkələrdə anonslar verilməkdədir. Bildirilir ki, "vəd edilən" kaset bununla yekinlaşmır. "

Silinmədən izləyin" başlığı ilə yayılan səs yazısını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm