Dünya
Ruslar Krımda Ukrayna gəmisinə hücum ediblər
Bu gün axşam saatlarında Krımın Donuzlav gölündə Rusiya hərbçiləri Ukraynanın "Çerkassı" adlı hərbi gəmisinə hücum ediblər.
Yerli vaxtla 18:50-də (Bakı vaxtı ilə 20:50-də) başlanan hücumda iki Mi-35 helikopteri və üç sürətli kater iştirak edir. Bu barədə "Çerkassı" gəmisinin baş matrosu Aleksandr Qutnik bildirib. Onun sözlərinə görə, katerlər gəmini təqib etməyə başlayıblar.
Ukrayna Müdafiə Nazirliyi isə bildirir ki, hazırda hərbi yedək gəmisi "Kovel" "Çerkassı"ya tərəf yönəldilib. "Çerkassı" Krımda üzərində Ukrayna bayrağı dalğalanan yeganə hərbi gəmidir. Donuzlav gölünü Qara dənizlə birləşdirən su kanalı ruslar tərəfindən batırılmış gəmilərin vasitəsi ilə bağlandığından "Çerkassı" adanı tərk edə bilmir. /anspress/
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan