Abbas Abbasov Jirinovskidən Rusiya baş prokuroruna şikayət etdi
Bizi izləyin

Dünya

Abbas Abbasov Jirinovskidən Rusiya baş prokuroruna şikayət etdi

Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskidən Rusiya baş prokuroru Yuri Çaykaya şikayət edib.

Abbas Abbasov Yuri Çaykaya yazdığı müraciətində Jirinovskinin Rusiya Dövlət Dumasında Dağlıq Qarabağı Rusiyaya birləşdirmək barədə çağırışından, azərbaycanlıların təhqir etməsindən bəhs edib.

“Bu cür məlumatları reportaj şəklində Dövlət Dumasının iclasından KİV vasitəsi ilə yaymaq, şəksiz ki, böyük auditoriyada millətlərarası ədavəti qızışdıran ifadələri səsləndirmək məqsədi daşıyıb”,- deyə Abbas Abbasov vurğulayıb.

Jirinovskinin törətdiyi cinayət əməlindən müfəssəl bəhs edən Abbas Abbasov müraciətini aşağıdakı sözlərlə bitirib: “Yuxarıda bəhs edilənlər əsasında xahiş edirəm sözügedən halların yoxlanılmasına başlanılması üçün sərəncam verəsiniz və Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 2 maddəsinin “b” bəndinin əsasında V.V.Jirinovskiyə qarşı cinayət işi qaldırılması məsələsinə baxasınız”. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm