Con Kerri Rusiyanı birgə əməkdaşlığa çağırdı
Bizi izləyin

Dünya

Con Kerri Rusiyanı birgə əməkdaşlığa çağırdı

ABŞ-ın xarici işlər naziri Con Kerri Suriyada müharibənin dayandırılması və atəşkəsin əldə olunması üçün Rusiyanı birgə əməkdaşlığa çağırıb.

Publika.az xəbər verir ki, Con Kerri Cenevrədə İordaniyalı həmkarı Nasır Cudeh ilə görüşü zamanı Suriya problemi ilə bağlı Rusiyadan əməkdaşlıq etməsini gözlədiyini bildirib:

“Biz Rusiyadan əməkdaşlıq etməyi gözləyirik. Eyni zamanda, Suriyadakı Bəşər Əsəd rejimindən BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etməsini tələb edirik. Biz Suriya problemi ilə bağlı Rusiya tərəfi ilə mütəmadi olaraq görüşlər keçiririk. Ümidimiz odur ki, bu münaqişənin həllində müsbət irəliləyiş olsun. Biz Suriyada müharibənin dayanması üçün Cenevrədə görüşlərimizi davam etdirəcəyik”.

İordaniyanın xarici işlər naziri Nasır Cudeh isə qeyd edib ki, Suriya və Hələbdə şiddətli döyüşlərin getməsi təəssüfedicidir:

“Bu münaqişə dayanmasa, tezliklə digər bölgələri də alovlandıracaq. Suriyada problemin həllinin yeganə yolu siyasi danışıqlardır. Bunun üçün də Cenevrə görüşü böyük əhəmiyyət daşıyır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm