“Əsəd “təsadüfən” təyyarədən düşəcək” – Putin “müttəfəq”ini qurban verir?
Bizi izləyin

Dünya

“Əsəd “təsadüfən” təyyarədən düşəcək” – Putin “müttəfəq”ini qurban verir?

Rusiya və Amerika arasında Suriya prezidenti Bəşər Əsədin taleyi ilə bağlı aparılan çoxaylı danışıqlar müsbət nəticə verməyib.

Publika.az xəbər verir ki, bu haqda “The Financial Times” nəşri yazıb. Nəşrin yazdığına görə, ABŞ prezidenti Barak Obamanın administrasiyası Suriya müxalifətini Əsədin istefası tələbindən imtina etməyə inandırmağı bacarmayıb.

“The Financial Times” hesab edir ki, Əsədin istefası tələbindən imtina radikal musəlmanların mövqelərini möhkəmləndirəcək. Qeyd olunur ki, bu halda Suriya prezidentinin bütün rəqibləri birləşə bilər. Nəşr bu qənaətdədir ki, hadisələrin bu cür inkişafı bütün dünya üçün təhlükə yaradan “İslam dövləti”nin (İŞİD) sağ qalmasına imkan yaradır.

Rusiyalı diplomatlar isə təkid edirlər ki, Əsədin istefası Qəddafinin devrilməsindən sonra Liviyada yaranan xaosu Suriyaya gətirəcək. Rusiyanın fikrincə, Əsədin layiqli alternativi yoxdur. ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib ki, ABŞ Palmirada İŞİD-in yerinə Dəməşq rejiminin gəlməsini ən yaxşı variant hesab etmir. Rusiya Xarici İşlər Nazirliyinin informasiya departamentinin direktoru Mariya Zaxarova “Facebook” səhifəsində amerikalı diplomatın bəyanatına ritorik sialla cavab verib: “O halda kim ən yaxşı variantdır? “Ən-Nüsra” Cəbhəsi və ya ona birləşdirilən “mülayim müxalifət?”

Bir çox diplomatlar həmçinin əmindirlər ki, Rusiya istənilən vaxt Əsədə dəstək verməkdən imtina edə bilər. “Ruslar rejimin sağ qalmasına zəmanət alan kimi Əsədə ehtiyac da aradan qalxacaq. Növbəti gün Əsəd “təsadüfən” təyyarədən düşəcək”, - adsız qərb məmuru deyib.

Amerika nəşri yazır ki, gərginliyin artmasına Bəşər Əsədin bu günlərdə verdiyi bəyanat da imkan yaradır. O, 9 may qələbə günü ilə əlaqədar Vladimir Putinə göndərdiyi teleqramda Hələb şəhərinə hücumu Stalinqrad döyüşü ilə müqayisə edib.

“Stalinqrad Hələb və bütün Suriya şəhərlərinə bənzəyir. Suriya söz verir ki, son qələbə və təcavüzkarların dağıdılmasından başqa heç nəyə razılaşmayacaq”, - Əsədin teleqramında deyilir.

ABŞ hakimiyyəti narazılığını ifadə edib ki, Suriya prezidenti Hələbdə tam qələbəyə nail olmaq niyyətindədir. “Bu tamamilə qəbuledilməz bəyanatdır”, - Mark Toneri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm