Səudiyyə kralı ilə İsrail baş nazirini birləşdirən 80 milyon – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Səudiyyə kralı ilə İsrail baş nazirini birləşdirən 80 milyon – ŞOK İDDİA

“Panama sənədləri” dünya gündəmini sarsıtmaqda davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənədlərdən biri Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud ilə İsrailin baş naziri Benyamin Netanyahu arasındakı əlaqədir.

İddiaya görə, Səudiyyə kralı İsrailin baş naziri Benyamin Netanyahunun seçki kampaniyasını maliyyələşdirib. Kralın bu məqsədlə Netanyahuya 80 milyon dollar göndərdiyi bildirilir.

“Panama sənədləri”nə görə bu işdə Suriya və İspaniya vətəndaşı olan Məhəmməd Eyad Kayali vasitəçi olub. Pul İsrail liderinə çatdırılması üçün israilli milyarder Teddi Sagginin Virciniya adalarındakı bir şirkətin hesabına yatırılıb.

Qeyd edək ki, “Panama sənədləri” adlı hesabatda dünya liderləri və yüzlərlə tanınmış şəxsin adı hallanır. Onlar Panamadakı ofşor şirkətlərin köməyi ilə vergidən yayınmaqda və çirkli pulların yuyulması əməliyyatlarında iştirakda ittiham olunurlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm