• USD 1,7008 0,00% EUR 2,0035 +0,31%
    • GBP 2,1952 +0,27% RUB 0,0286 +0,70%

Putindən 330 milyon dollar istəyirlər

  • Dünya
  • 22 May 2016 00:24
  • 752 Baxış
Putindən 330 milyon dollar istəyirlər

2014-cü ildə Ukraynanın Donetsk vilayətində təyyarə qəzasında ölənlərin qohumları Rusiya və şəxsən prezident Vladimir Putindən kompensasiya tələb edirlər.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, iddianı Avropa İnsan Hüquqları Məhkəməsinə Avstraliyanın LHD hüquq şirkəti verib.

Tələb olunan kompensasiyanın məbləği 330 milyon dollar təşkil edir. Qeyd edilir ki, kollektiv iddia 9 may 2016-cı il tarixində 33 nəfərin adından verilib. Onlar Avstraliya, Yeni Zelandiya və Malayziya vətəndaşlarıdır.

Sənədə əsasən, Rusiya Federasiyası və şəxsən Putin həlak olan hər bir sərnişin üçün kompensasiya olaraq onların ailələrinə 10 milyon dollar ödəməlidir.

Xatırladaq ki, daha əvvəl qəzada həlak olan Avstraliya vətəndaşlarından birinin atası Putinə məktub yazıb. O, Rusiya liderini xəbərdarlıq edib ki, ədalətə nail olacaq.

Qeyd edək ki, Malayziyanın “Boeing-777” sərnişin təyyarəsi 2014-ci il 17 iyul tarixində Ukraynanın şərqində vurulub. Amsterdamdan Kuala-Lumpura uçan təyyarədəki 300 sərnişinin hamısı həlak olub. Onların əksəriyyəti Hollandiya vətəndaşı idi. Niderland Təhlükəsizlik Şurası ötən ilin oktyabrında açıqladığı hesabatında sərnişin təyyarəsinin Rusiyanın “Buk” zenit-raket kompleksi ilə vurulduğunu açıqlayıb. Qurumun sədri Çibbe Yaustra bildirib ki, bu, Niderland Təhlükəsizlik Şurasının apardığı istintaqın rəsmi nəticəsidir.

ABŞ da təyyarənin rusmeyilli separatçılar tərəfindən vurulması versiyası müdafiə edir. Rəsmi Kiyev də təyyarənın Rusiyanın separatçılara verdiyi “Buk” zenit-raket sistemi ilə vurulduğunu bildirib.

Moskva isə bu iddiaları rədd edir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR