Prezident olmağa razılaşan Milli Qəhrəman: “Uçmağı sevirəm”
Bizi izləyin

Dünya

Prezident olmağa razılaşan Milli Qəhrəman: “Uçmağı sevirəm”

Ukrayna Ali Radasının üzvü, pilot Nadejda Savçenko Ukrayna prezidenti olmağa hazırdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, bu haqda Kiyevdə mətbuat konfransında deyib.

“Ukraynalılar, sizə lazımdır ki, mən prezident olum? Yaxşı, mən prezident olacağam”, - Savçenko bildirib.

O, əlavə edib ki, özü dövlət başçısı olmağı istəmir: “Mən uçmağı sevirəm. Amma əgər prezident olmaq lazımdırsa, mən bunu edəcəyəm”.

Onun fikrincə, əgər Ukrayna avrointeqrasiya kursunu saxlayırsa, onda hər bir ukraynalı Avropada olmalıdır. Pilot həmçinin qeyd edib ki, Şərqi Ukrayna sakinləri Avropa ilə tanış olmaq üçün ölkənin qərbində - Lvovda, Volında və Ujqorodda olmalıdır.

“Mən bütün sistemi dəyişdirəcəyəm”, - o, deyib.

Qeyd edək ki, Donetsk vilayətində rusiyalı jurnalistləri öldürməkdə ittiham olunan Savçenko mart ayında Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum edilmişdi. O, mayın 25-də Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə azad edilib.

Elə həmin gün Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında petitsiya yerləşdirilib. Onlar Poroşenkodan postunu Savçenkoya güzəştə getməyi istəyiblər. “Məhz belə insanlar dövlətimizi idarə etməlidir”, - müraciətin müəllifləri yazıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm