• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“The Guardian”: “Rusiya Xəzərdə Azərbaycanı təhdid edir”

  • Dünya
  • 24 Aprel 2014 15:39
  • 672 Baxış
“The Guardian”: “Rusiya Xəzərdə Azərbaycanı  təhdid edir”

Rusiya dünən Rostov vilayətində hərbi təlimlərin keçirildiyini bəyan etdi. Rostov vilayətinin Ukrayna ilə həmsərhəd olması isə diqqət çəkir.

Publika.Az – ın verdiyi xəbərə görə, Böyük Britaniyanın “The Guardian” qəzeti bunun sahəcə hərbi hazırlıq olmadığını, hərbi gücün nümayişi, məqsədyönlü provokasiya və qorxutmaq məqsədi daşığını yazıb.

Qəzet yazır ki, Rostovda keçirilən təlimlər Rusiyanın eyni məqsədli təlimlər seriyasında növbəti mərhələdir:

“Bir vaxtlar Rusiya hərbi təlimlər keçirirərək qoşunun döyüş hazırlığını yüksəldirdi. Bu, artıq keçmişdə qaldı. Rostovda hərbi təlimlərin keçirilməsi Xəzər dənizində gözlənilməz hərbi dəniz təlimlərinin keçirilməsindən sonra elan edildi. Bütün bunlar gərginliyin artırılmasına hesablanıb. Başqa ölkələr də siqnalların verilməsi və təzyiq göstərilməsi üçün hərbi təlimlərdən istifadə edir. Birləşmiş Ştatlar bütün dünyaya - Fars körfəzindən Cənubi Çin dənizinə qədər hərbi gəmilərini göndərir. Təlimlərin keçirildiyi Rostov Ukraynanın ən narahat hissəsi olan Donetsk ilə həmsərhəddir. Rusiya hərbi analitiklərinin sözlərinə görə, bu rayonda adətən təlimlər keçirilmir. “Soyuq müharibə” dövründə SSRİ və NATO mümkün üçüncü dünya müharibəsinə hazırlaşmaq məqsədilə iri miqyaslı hərbi təlimlər keçirirdi. “Soyuq müharibə” başa çatdı və amerikalılar İraq və Əfqanıstanda əsl müharibələr aparmağa başladılar, hərbi oyunlara ehtiyac azaldı”.

“The Guardian”a görə, hərbi təlimlərin əsas üstünlüklərindən biri həqiqi niyyətləri gizlətməkdir. Qəzet qeyd edir ki, Putin qoşunların sadəcə döyüş hazırlığının yoxlanıldığını deyə bilər. Kaliforniya Universitetinin müəllimi, hərbi ekspert İan Morris bu cür hərbi təlimlərin təhlükəli ola biləcəyini deyir: “Bu cür hərbi təlimlər qeyri-müəyyənlik yaradır. Qarşı tərəf qoşunların döyüş hazırlığının artırıldığını, yaxud da hücuma hazırlığın gizlədildiyini müəyyən edə bilmir. Problem ondadır ki, birini digərindən ayırmaq çətindir. 1983-cü ilin noyabrında qarşıdurma nüvə müharibəsinə gəlib çatmışdı. SSRİ düşündü ki, NATO hərbi təlimləri hücumdan əvvəlki hazırlıqdır”.

“The Guardian” hesab edir ki, Xəzər dənizində başlayan hərbi təlimlər böhranın Ukraynadan kənara çıxaraq beynəlxalq miqyas aldığını göstərir: “Xəzərdə keçirilən hərbi dəniz təlimləri ilə Qazaxıstan, Türkmənistan və Azərbaycanda problemlərin yaradılması üçün potensial təhdid nümayiş etdirilir. Bu təhlükə ən azından neftin çatdırılmasında mümkün pozulma ilə nəticələnə bilər”.

ABŞ-ın Polşa və Baltikyanı ölkələrə hərbi təlimlərin keçirilməsi üçün 600 hərbçini göndərdiyini yazan ingiliş nəşri bununla belə Ukrayna hadisələrinə cavab vermək üçün ABŞ və NATO-da qətiyyət olmadığını bildirir: “Onlar yalnız iqtisadi sanksiyalar tətbiq edə və birgə hərbi təlimlər keçirə bilərlər, Hansı ki, bu da Putinin təlimlərindən fərqli olaraq təhlükə yaratmır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR