“Rosneft” və “Qazprom”a qarşı sanksiyalar tətbiq olunacaq
Bizi izləyin

Dünya

“Rosneft” və “Qazprom”a qarşı sanksiyalar tətbiq olunacaq

“Rosneft” və “Qazprom”a qarşı sanksiyalar tətbiq olunacaq

ABŞ Rusiyanın “Rosneft” və “Qazprom” şirkətlərinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Publika.az – ın verdiyi xəbərə görə, “New York Times” qəzeti Dövlət Administrasiyasındakı mənbəyə istinadən “Rosneft” şirkətinin prezidenti İqor Seçin və “Qazprom” şirkətinin prezidenti Aleksey Millərə qarşı sanksiyalar tətbiq olunacağını yazıb.

Qeyd edək ki, "Böyük yeddilik” ("G-8") ölkələri də Rusiyaya qarşı əlavə maliyyə sanksiyalarının tətbiq olunması üçün razılaşıblar. Bu barədə Ağ Evin saytında keçən həftə yerləşdirilən bəyanatda deyilir.

Bəyanatda qeyd olunub ki, “G7” Ukrayna hakimiyyətini ölkənin şərqində əməliyyat zamanı dözüm nümayiş etdirdiyi üçün dəstəkləyir.

“Əksinə, Rusiya Cenevrə razılaşmalarına uyğun olaraq konkret addımlara təşəbbüs etmədi. Rusiya bəyanatlar və Ukrayna ilə sərhəddə keçirdiyi hərbi təlimlərlə gərginliyi artırmaqda davam edir”, - bəyanatda deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm