Moskva NATO sərhədində təlimlərə başladı
Bizi izləyin

Dünya

Moskva NATO sərhədində təlimlərə başladı

Moskva NATO sərhədində təlimlərə başladı

Rusiya Ukraynadan sonra Estoniya və Latviya sərhədində hərbi gücünü nümayiş etdirir.

Publika.az – ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Qərb hərbi dairəsi ordu aviasiyasının vertolyotları Estoniya və Latviya ilə həmsərhəd Pskov vilayətində təlimlərə başlayıb.

Bu barədə Rusiya Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin rəhbəri, polkovnik Oleq Koçetkov bildirib. Təlimlərə “Gecə ovçusu” adlandırılan “Mi-28N” zərbə vertolyotları, Ka-52 “Alliqator” və Mi-26T vertolyotları qatılacaq.

O.Koçetkov bildirib ki, təlimlərdə aeronaviqasiya, idarəetmə texnikasının təkmilləşdirilməsi, hava və yerüstü hədəflərin axtarışı məsələləri yerinə yetirilməlidir.

Qeyd edək ki, Estoniya və Latviya NATO ölkələridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm