Vitali Kliçko: “Hakimiyyət Kiyevə təxribatçı dəstələr gətirib"
Bizi izləyin

Dünya

Vitali Kliçko: “Hakimiyyət Kiyevə təxribatçı dəstələr gətirib"

Ukraynanın "Zərbə" patriyasının lideri Vitali Kliçko hakimiyyətin paytaxt Kiyevdə etirazçıların arasına təxribatçılar göndərdiyini bildirib.

Onların məqsədi maşınları yandırmaq, vitrinləri qırmaq, qarətçilik və davaya təhrik etməkdir. Teleqraf.com-un xəbərinə görə, Bu barədə bu gün səhər "UDAR" partiyasının saytında dərc olunmuş müraciətdə bildirilir.

Kliçkonun fikrincə, hakimiyyət təxribatçılardan istifadə edərək Kiyevdə sabitliyi pozmaq, xaos yaratmaq və bununla da fövqəladə vəziyyət elan etməyə zəmin yaratmaq istəyir.

"UDAR" lideri Kiyev sakinlərinə müraciət edərək, onları ayıq olmağa, təxribatlara uymamağa çağırıb. O, Ukrayna paytaxtında qayda-qanuna əməl edilməsi məqsədilə dəstələr yaradılmasını da təklif edib. Kliçkonun sözlərinə görə, polis Kiyevdə qayda-qanunun qorunması və təhlükəsizliyin təmin edilməsi vəzifəsini yerinə yetirmir.

Kliçkonun mətbuat katibi Oksana Zinovyeva isə öz Facebook səhifəsində UDAR liderinin iki təxribatçını saxladığını bildirib: "Onlar sorğu-suala tutulub və tərki-silah edilib. Saxlanılanlar Kiyevdə iğtişaş törətmək üçün Xersondan gətirildiklərini etiraf ediblər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm