MSK ölkənin yeni prezidentini elan etdi
Bizi izləyin

Dünya

MSK ölkənin yeni prezidentini elan etdi

Özbəkistanda keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb.

Özbəkistanda keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 4-də keçirilən prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Publika.az Özbəkistan mediasına istinadən xəbər verir ki, MSK sədri Mirza-Ulukbəy Abdulsalamov Şövkət Mirziyoyevin seçkilərdə qalib gəldiyini bildirib.

“Mərkəzi Seçki Komissiyası Şövkət Mirziyoyevi Özbəkistan Respublikasının prezidenti vəzifəsinə seçilmiş hesab etməyə qərar verib”, - Mirza-Ulukbəy Abdulsalamov brifinqdə deyib.

O, bildirib ki, Şövkət Mirziyoyevə 88,61 faiz seçici və ya 15 milyon 906 min vətəndaş səs verib.

Özbəkistan Xalq-Demokratik Partiyasından Hotamcan Ketmonov 3,73, Sosial-demokrat “Ədalət” Partiyasının namizədi Nəriman Umarov 3,46, Özbəkistanın Demokratik Partiyasının namizədi Sərvər Otamuratov isə 2,35 faiz səs toplayıb.

Seçkilərin nəticələri seçkilərdən sonra 10 gündən gec olmayaraq rəsmi nəşrdə dərc edilməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm