Almaniya sərt tənqid olundu: “Çox ayıb və utancvericidir”
Bizi izləyin

Dünya

Almaniya sərt tənqid olundu: “Çox ayıb və utancvericidir”

Almaniya sərt tənqid olundu: “Çox ayıb və utancvericidir”

ABŞ-ın Respublikaçılar Partiyasından olan senator Con Makkeyn Almaniyanı sərt tənqid atəşinə tutub.

Publika.az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, senator Almaniyanın Ukrayna siyasətini “çox ayıb və utancverici” şəklində xarakterizə edib.

Rusiya və Almaniya arasındakı iqtisadi əlaqələrə toxunan C.Makkeyn iqtisadiyyat lobbisinin rəsmi Berlin üzərindəki təsirindən danışıb. “Biz də kreslomuzda oturub eyni şəkildə davrana bilərdik” deyən respublikaçı senator ancaq ABŞ-ın bu yolu seçmədiyini və Rusiyaya qarşı daha qəti bir mövqe sərgilədiyini deyib.

Senator Almaniya kansleri Angela Merkellə bu gün paytaxt Vaşinqtonda görüşəcəyini və eyni fikirləri onun diqqətinə də çatdıracağını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm