Türkiyə parlamentində dava: deputatın burnu sındırıldı - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Türkiyə parlamentində dava: deputatın burnu sındırıldı - - FOTO/VİDEO

Türkiyə parlamentində dava düşdü.

Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı baş verən davada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini olan millət vəkili Fatih Şahinin burnu sınıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə TBMM-nin AKP-dən olan digər deputatı Mustafa Elitaş bildirib.

M.Elitaş davaya görə Cümhuriyyətçi Xalq Partiyasından (CHP) olan millət vəkillərini ittiham edib:

“Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı CHP-çilər tribunanı işğal etmişdi. AKP-çi deputatlar buna etiraz edən zaman dava baş verdi. Millət vəkilləri yumruq davasına çıxdılar. Bir neçə millət vəkili yaralanıb və xəsarət alıb”.

Qeyd edək ki, TBMM-də Konstitusiyanın 3-cü maddəsinin müzakirəsindən sonra səsvermə başlayıb. Millət vəkilləri səs vermək üçün xüsusi kabinlərə doğru gediblər. Bu vaxt hakim Ədalət və İnkişaf (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri arasında qarşıdurma yaranıb və daha sonra yumruq davasına çevrilib.

Dava üzündən səsvermə yarımçıq qalıb. Bir qədər sonra isə maddə qəbul olunub. Maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib. Dəyişikliklərə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilib, həmçinin bundan sonra hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməyəcəklər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm