Dəhşətli HADİSƏ: Hamilə həyat yoldaşını öldürdü, sonra...
Bizi izləyin

Dünya

Dəhşətli HADİSƏ: Hamilə həyat yoldaşını öldürdü, sonra...

“Tətilə gedirik” deyə yazıb.

24 yaşlı kişi 6 aylıq hamilə olan həyat yoldaşını başından vuraraq öldürüb, sonra evin qapısına “tətilə gedirik” deyə yazıb.

Publika.az xəbər verir ki, hadisə İstanbulda baş verib.

Hadisəndən ilk olaraq 24 yaşlı E.Erecanın valideynləri xəbər tutub. Onlar oğlu və gəlini E.Sultandan bir müddət xəbər almayandan sonra evlərinə gəliblər. Onlar nə qədər qapını döysələr də açan olmayıb. Məcbur qalıb qonşunun eyvanından evə giriblər. Yataq otağında gəlinini qanlar içində cəsədini aşkarlayıblar. Məlum olub ki, qadın başından silahla vurulub.

Hadisə yerinə gələn polis əməkdaşları evin qapısının üzərində “3 həftəlik tətilə çıxırıq, telefonlarımız bağlı olacaq. Görüşərik” qeydini tapıb. Bundan başqa, E.Erecan həyat yoldaşını öldürdüyü otağın qapısına qoyduğu məktubda “Həyat yoldaşımı hər şeydən, hər kəsdən çox sevirəm. Poyraz (doğulacaq uşağı) səni də çox sevirəm. Sizi cənnətə, özümü cəhənnəmə göndərirəm. Hər kəsdən üzr istəyirəm. Anam və atam səbəbim siz oldunuz”, - deyə yazıb. Polisin axtarışı nəticəsində cinayəti törədən E.Ercan saxlanılıb.

Qonşuları ifadələrində bir ildir evli olan cütlüyün daim mübahisə etdiyini, E.Ercanın son günlər əhvalının çox pis olduğunu deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm