Rusiya Kalininqraddakı silahları gizlədəcək
Bizi izləyin

Dünya

Rusiya Kalininqraddakı silahları gizlədəcək

Rusiya Kalininqraddakı silahları gizlədəcək

Rusiya anklavı olan Kalininqradın silahlandırılması barədə informasiyanın verilməsi haqqında razılaşmanın icrasını birtərəfli qaydada dayandırıb.

Publika.az – ın verdiyi xəbərə görə, bu barədə “Azadlıq” radiosuna açıqlamasında Litvanın milli müdafiə naziri bildirib.

Litvalı nazir qeyd edib ki, Rusiya “etibar və təhlükəsizliyin möhkəmləndirilməsi haqqında” razılaşmanı yerinə yetirməyəcəyi barədə Vilnüsə məlumat verib.

Xatırladaq ki, Litva razılaşmaya əsasən 2001-ci ildən Kalininqradı yoxlamaq imkanına malik idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm