Rusiya “Rus yazı” kod adlı xüsusi əməliyyata hazırlaşır
Bizi izləyin

Dünya

Rusiya “Rus yazı” kod adlı xüsusi əməliyyata hazırlaşır

Rusiya “Rus yazı” kod adlı xüsusi əməliyyata hazırlaşır

Rusiya diversantları 9 may tarixində Kiyev də daxil olmaqla Ukraynanın yeddi regionda təxribat xarakterli kütləvi aksiyalar həyata keçirməyi planlaşdırır.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubiy jurnalistlərə açıqlamasında bildirib.

“Mayın 8-i və 9-unda rus diversantları tərəfindən təxribatlar planlaşdırılır. Ukraynanı əldən verməmək üçün mümkün olan hər şeyi edirlər. Təxribatlar yalnız Ukraynanın şərqində deyil, həm də Kiyevdə planlaşdırılır. Putin hesab edir ki, Donetsk, Luqansk, Herson, Odessa, Nikolayev və Zaporojye xüsusi statusa malik olmalıdır”, - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi söyləyib.

A.Parubıy xüsusi əməliyatın “Rus yazı” kod adı altında keçiriləcəyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm