Rusiya Kim Çen Namın qatillərini buraxdı – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Rusiya Kim Çen Namın qatillərini buraxdı – ŞOK İDDİA

Rusiya güman edilən qatillərə ölkəni tərk etməyə icazə verib.

Rusiya Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində şübhəli bilinən şəxslərin tutulması haqqında Cənubi Koreya hakimiyyətinin xahişini yerinə yetirməyib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda “JoongAng Ilbo” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Malayziya polisi Şimali Koreyanın qətldə şübhəli bilinən dörd vətəndaşının (Li Çji Xyon, Li Çje Nam, Xon Çon Xak və O Çjon Qil) ölkəni dərhal tərk etdiyini müəyyən edib. Müəyyən edilib ki, onlar Cakarta, Dubay, Moskva və Vladivostok aviareyslərindən istifadə ediblər.

Bununla əlaqədar olaraq hakimiyyət şübhəlilərin olduğu yer haqqında məlumat verməyi və şəxsiyyətlərinin yoxlanılması üçün onların saxlanılmasını xahiş edib. Ancaq bu xahiş araşdırmanın ilkin mərhələsində dəlillərin azlığına görə rədd edilib. Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Rusiya güman edilən qatillərə ölkəni tərk etməyə icazə verib.

Xatırladaq ki, qətl hadisəsi fevralın 13-də baş verib. Hadisənin baş verdiyi Kuala-Lumpur aeroportunun təhlükəsizlik kameralarından da göründüyü kimi bir qadın Kim Çen Nama arxadan yaxınlaşaraq onun üzünü zəhərlənmiş parça ilə örtüb. Kim Çen Nam zəhərlənmədən 20 dəqiqə sonra ölüb.

Malaziya Kimyəvi Silahların Analiz Mərkəzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, Kim Çen Nam sinir-iflicedici xüsusiyyətə malik kimyəvi silah sayılan zəhərləyici maddə (VX Nerve Agent) ilə qətlə yetirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm