Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyədə olacaq
Bizi izləyin

Dünya

Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyədə olacaq

Bu barədə Rusiya prezidenti Vladimir Putin şəxsən bəyan edib.

Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyədə keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin şəxsən bəyan edib.

Qeyd edək ki, bu gün Moskvada Türkiyə prezidenti və geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclası keçirilib.

İclasda ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib - vizasız rejimə keçid, iki ölkə arasında aviareyslərin sayının artırılması, təhlükəsizlik, iqtisadi və digər məsələlər nəzərdən keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm