“Əl-Qaidə”nin məşhur döyüşçüsü öldürüldü
Bizi izləyin

Dünya

“Əl-Qaidə”nin məşhur döyüşçüsü öldürüldü

O, iki Amerika hərbi qulluqçusunun həlak olmasında ittiham edilir.

Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının məşhur döyüşçüsü məhv edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

“ABŞ Müdafiə Nazirliyi təsdiq edir ki, Amerika Hərbi Hava Qüvvələrinin döyüşçüləri bombalaması nəticəsində martın 19-da Paktika əyalətində “Əl-Qaidə”nin məşhur terrorçusu Kari Yasin məhv edilib. O, iki Amerika hərbi qulluqçusunun həlak olmasına görə məsuliyyət daşıyır”, - Pentaqon bildirib.

Pentaqonun məlumatına görə, Pakistan sakini Yasin 2008-ci il sentyabrın 20-də İslamabadda “Mariott” mehmanxanasında partlayışa cəlb olunub. Amerika hərbçiləri həmin partlayışda həlak olublar.

Bundan başqa, Pentaqon qeyd edir ki, o, 2009-cu ildə Pakistanın Lahor şəhərində Şri-Lankadan olan kriket komandasının olduğu avtobusa hücumda iştirak edib. Hücumda altı polis və iki mülki vətəndaş həlak olub, komandanın altı üzvü yaralanıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm